Tarix: 09-04-2022 | Saat: 18:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Rəsmi Tehran dinc nüvə proqramına olan hüquqlarını həyata keçirməkdən geri addım atmayacaq”.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.
“İran xalqının nüvə proqramı hüququnun müdafiəsi baxımından geri addım atmayacağıq. Bir daha bəyan edirik: bizim atom sənayemiz dinc xarakterlidir”.
Xatırladaq ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və ABŞ-ın bu sazişə qayıtması ilə bağlı Vyanada aparılan 8 mərhələli danışıqlarda martın 11-i fasilə elan edilib. Daha əvvəl danışıqların fevralın sonunadək başa çatacağı gözlənilirdi. Təxminən, 20 səhifəlik sənədin mətni razılaşdırılıb. Sənəd sazişin ilkin formasına qayıtmaqla bağlı gələcək tədbirlərdən bəhs edir.
Digər xəbərlər