Ana Sayfa > Karusel / Gündəm > Rəisi: “İran dinc nüvə proqramı ilə bağlı geri addım atmayacaq”
Rəisi: “İran dinc nüvə proqramı ilə bağlı geri addım atmayacaq”9-04-2022, 18:27. Yazar: Admin |
“Rəsmi Tehran dinc nüvə proqramına olan hüquqlarını həyata keçirməkdən geri addım atmayacaq”. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib. “İran xalqının nüvə proqramı hüququnun müdafiəsi baxımından geri addım atmayacağıq. Bir daha bəyan edirik: bizim atom sənayemiz dinc xarakterlidir”. Xatırladaq ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və ABŞ-ın bu sazişə qayıtması ilə bağlı Vyanada aparılan 8 mərhələli danışıqlarda martın 11-i fasilə elan edilib. Daha əvvəl danışıqların fevralın sonunadək başa çatacağı gözlənilirdi. Təxminən, 20 səhifəlik sənədin mətni razılaşdırılıb. Sənəd sazişin ilkin formasına qayıtmaqla bağlı gələcək tədbirlərdən bəhs edir. Geri dön |