Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda maska qadağası ləğv olunur? - Səhiyyə nazirindən CAVAB
Tarix: 09-04-2022 | Saat: 10:27
Bölmə:Karusel / Sosial | çapa göndər

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə tələbinin ləğv edilib-edilməməsi məsələsinə aydınlıq gətirib.

 

Qarabaqinfo.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin şəkildə azaldığını bildirib.

 

Nazir qeyd edib ki, gündəlik hospitalizasiya sayları sadə rəqəmlərlə ifadə olunur.

 

Maska tələbinin ləğvinə gəlincə, Teymur Musayev bu məsələyə baxıldığını vurğulayıb: “Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemiya dövrü insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər