Saytımızı qiymətləndirin


 
 

Rəsmi Pekindən Brüssel görüşünə reaksiya
Tarix: 07-04-2022 | Saat: 22:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Rəsmi Pekindən Brüssel görüşünə reaksiya

Çin Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyəti alqışlayır.

Qarabaginfo.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş barədə şərhində deyib.

“Azərbaycan və Ermənistan Çinin əməkdaşlıq etdiyi dost tərəfdaşlardır. Biz tərəflərin fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyətini görməyə şadıq. Ümidvarıq ki, tərəflər regionda sülh və sabitliyi və insanlar üçün əmin-amanlığı birgə təmin etmək üçün atəşkəs haqqında konsensusa əməl edəcək”, - deyə Çin XİN rəsmisi bildirib.



Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər