"44 günlük müharibədən sonra 208 nəfərin harada olduğu bilinmir".
Qarabaginfo.az Aysor-a istinadla xəbər verir ki, Ermənistan hökumətinin bugünkü iclasında baş nazir Nikol Paşinyan deyib. O bildirib ki, Brüsseldə regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub və bu barədə müəyyən yanlış şərhlər qeydə alınıb.
Azərbaycan və Ermənistan rəhbərləri həll yollarını tapmaq üçün işi davam etdirmək barədə razılığa gəliblər. Humanitar məsələlər müzakirə olunub.
Avropa İttifaqı Şurasının sədri əsirlikdə olanların hamısının azad edilməsinin vacibliyini vurğulayıb.
“Biz itkin düşənlərin taleyini öyrənmək üçün əməkdaşlıq imkanlarını da müzakirə etdik. Nəzərinizə çatdırım ki, iki Artsax (Qarabağ) müharibəsindən sonra bizdə 985 naməlum insan var, 208 nəfər 44 günlük müharibədən, 777 nəfər birinci Artsax müharibəsindəndir.” "Biz onların taleyini öyrənmək üçün işi davam etdirməliyik", - deyə Ermənistan baş Naziri bildirib.