Tarix: 12-10-2026 | Saat: 08:09
Bölmə:Karusel / Dünya | çapa göndər
Cənubi Koreya Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi Şimali Koreyanın ballistik raketlər buraxması ilə əlaqədar təcili müşavirə keçirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Administrasiyası məlumat yayıb.
Seulun məlumatına görə, oktyabrın 12-də Şimali Koreyanın paytaxtı Pxenyan ətrafından Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxılıb.
Təcili müşavirədə Cənubi Koreyanın Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin nümayəndələri iştirak ediblər.
Prezident Administrasiyasının açıqlamasında bildirilib ki, iclas zamanı raket buraxılışlarının ölkənin təhlükəsizliyinə mümkün təsirləri qiymətləndirilib və zəruri tədbirlərin görülməsi barədə göstəriş verilib.
“Şimali Koreyanın ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və Koreya yarımadasında vəziyyətin yaxşılaşmasına xidmət etmir. Bu cür hərəkətlərin dərhal dayandırılmasına çağırırıq”, – açıqlamada vurğulanıb.
Digər xəbərlər


















