Saytımızı qiymətləndirin


 
 

Ali məktəblərə builki qəbul planı hazırdı? - DİM CAVAB VERDİ
Tarix: 03-04-2026 | Saat: 15:47
Bölmə:Karusel / Təhsil | çapa göndər

Ali məktəblərə builki qəbul planı hazırdı? - DİM CAVAB VERDİ

 

Ali təhsil müəssisələrinə builki qəbul üzrə plan yerlərinin sayı yay aylarında açıqlanacaq.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə plan yerləri ilə bağlı rəqəmlər hələlik Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Plan yerlərinin yay aylarında məlum olacağı gözlənilir.

Qeyd olunub ki, plan yerləri ilkin olaraq ali təhsil müəssisələri tərəfindən təklif edilir və Elm və Təhsil Nazirliyinə təqdim olunur. Nazirliyin və digər aidiyyəti qurumların razılaşdırmasından sonra sənəd Nazirlər Kabinetinə göndərilir. Daha sonra plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiqlənərək Dövlət İmtahan Mərkəzinə təqdim olunur.

Məlumat üçün bildirək ki, plan yerləri təsdiqləndikdən sonra həmçinin bakalavriat və magistratura səviyyələri üzrə dövlət sifarişli və ödənişli yerlərin sayı, yeni ixtisaslar üzrə qəbula dair göstəricilər ictimaiyyətə açıqlanır.



Xəbəri paylaş

639 dəfə oxunub.

Digər xəbərlər