Saytımızı qiymətləndirin


 
 

Goranboyda direktoru qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb
Tarix: 06-04-2022 | Saat: 08:47
Bölmə:Karusel / Kriminal | çapa göndər

Məhkəmə hakimiyyəti - Azerbaijan.az

Goranboyda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Mirhadı Bağırovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş verib.

Belə ki, Mərkəzin baş mühasibi 1992-ci il təvəllüdlü M.Bağırov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək qətlə yetirib.

Faktla bağlı M.Bağırov dərhal saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



Xəbəri paylaş

11 216 dəfə oxunub.

Digər xəbərlər