Saytımızı qiymətləndirin


 
 

Rusiya taksi bazarında böhran yaşanır- 80 min sürücüyə ehtiyac var
Tarix: 04-12-2023 | Saat: 15:35
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Rusiya taksi bazarında sürücü çatışmazlığı yaşanır.

Qarabaginfo.az xəbər verir ki, payızın əvvəlinə bu rəqəm 72 min nəfərə çatıb, dekabrda isə 80 minə qədər arta bilər.

Bu barədə “Vedomosti” Rusiya hökuməti yanında Analitik Mərkəzin ekspertlərinin hesablamalarına, eləcə də “Yandex Taksi”nin məlumatlarına istinadən yazır.

Sürücü çatışmazlığına artan maliyyə və inzibati xərclər, səfərbərlik, miqrantların axını və kadrların iqtisadiyyatın digər sahələrinə getməsi təsir edib.

Sürücülərin taksi bazarını tərk etməsinə avtomobillərin qiymətinin və onlara texniki qulluqun 1,5 dəfə artması da təsir edib.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər