Saytımızı qiymətləndirin


 
 

“Kinder Surprise”də təhlükəli infeksiya aşkarlandı - 60 uşaq yoluxub
Tarix: 05-04-2022 | Saat: 22:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Kinder Surprise”də təhlükəli infeksiya aşkarlandı

Böyük Britaniyada 60-dan çox uşaq “Kinder Surprise” adlı yumurta formalı şokoladlardan salmonellaya (təhlükəli qida infeksiyası) yoluxub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İngiltərə Qida Standartları Agentliyi (FSA) açıqlama yayıb.

Bildirilib ki, müəyyən ölçülərdə və qablaşdırmada olan “Kinder Surprise” məhsullarının geri çağırılması qərara alınıb.

“Kinder Surprise” istehsal edən “Ferrero” şirkəti də açıqlamasında son istifadə tarixləri olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.

Qeyd edilib ki, bu infeksiya, əsasən, 5-6 yaş arası uşaqlarda aşkarlanıb.

İngiltərədən başqa, İrlandiya, Fransa, Almaniya, İsveç və Niderlandda da salmonellaya yoluxma müşahidə olunub.

Qeyd edək ki, salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir.



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər
23-12-2020, 13:56 Bakıda sulu qar yağacaq