Saytımızı qiymətləndirin


 
 

NATO XİN Şurasının gündəliyi açıqlanıb
Tarix: 05-04-2022 | Saat: 18:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Culianna Smit

ABŞ-ın NATO-dakı Nümayəndəliyinin rəhbəri Culianna Smit aprelin 6-da Brüsseldə keçiriləcək NATO XİN başçılarının müzakirə gündəliyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ səfiri onlayn mətbuat brifinqində deyib.

O bildirib ki, iclasın gündəliyində əsas məsələ Ukraynadakı müharibə olacaq: “Müttəfiqlər Ukrayna xalqını daha çox dəstəkləmək üçün individual və kollektiv şəkildə nə edə bilərlər, bunu müzakirə edəcəklər”.

Səfir Smit qeyd edib ki, NATO XİN başçıları həmçinin Madrid Sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Amerikalı diplomat diqqətə çatdırıb ki, ilk dəfə olaraq NATO-nun XİN başçıları səviyyəsində iclasına Asiya-Sakit okean ölkələrinin XİN rəhbərləri və təmsilçiləri də qatılacaq.

ABŞ-ın NATO-dakı səfiri deyib ki, alyans bu regiona doğru genişlənmək niyyətində deyil: “NATO bu ölkələrlə dialoqu genişləndirmək istəyir. Rusiya və Çinin yaratdığı təhdidlərə qarşı bacarıq və təcrübəmizi bölüşə bilərik”.

Çinin Avropadakı iqtisadi fəaliyyətinə toxunan səfir Smit bunun təhlükəli olduğunu vurğulayıb: “Çinin Avropa regionuna investisiya qoyması, infrastrukturun formalaşmasında fəal iştirakı təhdid ola bilər. Bu, asılılıq yarada bilər. Çinin regionda fəallığı günü-gündən artır”.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər