Saytımızı qiymətləndirin


 
 

“Biz artıq Qarabağı itirmək yolundayıq” - Vahe Akopyan
Tarix: 03-04-2022 | Saat: 22:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

 “Biz artıq Qarabağı itirmək yolundayıq” - Vahe Akopyan

"Dörd ildir dediyimiz pik həddinə çatdı və biz tezliklə Qarabağı itirəcəyik, sonra Ermənistanı və dövlətçiliyimizi, himnimizi və gerbimizi itirəcəyik."

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün, aprelin 3-də NEWS.am-a açıqlamasında parlamentin “Ermənistan” fraksiyasından olan deputatı, “Dirçələn Ermənistan” partiyasının lideri Vahe Akopyan deyib.

“Biz həyəcan təbili çalmaq istəyirik ki, ictimaiyyətimiz artıq Qarabağı itirmək yolunda olduğumuzu başa düşsün. Bu hökumət bunun üçün aydın addımlar atır. Qarabağsız Ermənistan da olmayacaq”, - deyə müxalifətçi siyasətçi aprelin 5-də müxalifətin keçirəcəyi mitinqi şərh edərkən vurğulayıb.

O, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Brüsseldə gözlənilən görüşü də şərh edib.

“Mən əminəm ki, Nikol Paşinyan apardığı siyasətə uyğun olaraq Brüsseldən xalqın arxasınca daha bir sənədə imza ataraq qayıdacaq.

Xatırladaq ki, bu gün və yaxın günlərdə Ermənistan müxalifəti qarşıdan gələn mitinqlə bağlı məlumatlandırma kampaniyaları keçirəcək.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər