Saytımızı qiymətləndirin


 
 

Araik Arutyunyan Ter-Petrosyanın evinə getdi
Tarix: 03-04-2022 | Saat: 21:08
Bölmə:Karusel / Region | çapa göndər

 Araik Arutyunyan Ter-Petrosyanın evinə getdi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün, aprelin 3-də malikanəsində Qarabağdakı terrorçuların başçısı Arayik Arutyunyanla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidentinin köməkçisi Arman Musinyan məlumat verib.

Məlumata görə, görüşdə bildirilib ki, Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsində həm Qarabağdakı qondarma “hakimiyyət”, həm Ermənistan hakimiyyəti, həm də müxalif qüvvələr çox ehtiyatlı ritorikaya, daxili siyasi münaqişələri qızışdırmamağa üstünlük verməlidir. Hesab olunub ki, bu, Ermənistanda və Qarabağda vəziyyətin mürəkkəb məcrada inkişaf etməməsi üçün vacibdir.

Adətən, Qarabağla bağlı normal, realist mövqeyi ilə çıxış edən Ter-Petrasyanın Arutyuntanı qəbul etməsi suallar doğurur. Belə görünür rəzil vəziyyətə düşən baş terrorçu Petrosyandan kömək istəyib…/Musavat.com



Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər