Saytımızı qiymətləndirin


 
 

Yens Stoltenberq: "NATO ölkələri on minlərlə ukraynalı əsgərə təlim keçib"
Tarix: 03-04-2022 | Saat: 19:57
Bölmə:Karusel / Region | çapa göndər

Yens Stoltenberq

 

“Şimali Atlantika Alyansı ölkələri on minlərlə Ukrayna hərbçisinə təlim keçib və son illərdə Kiyevə təhlükəsizliklə bağlı digər mühüm yardımlar göstərib”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına məlumat verib.

O qeyd edib ki, son həftələrdə hərbi yardım daha fəal şəkildə həyata keçirilib:

“NATO müttəfiqləri uzun illərdir Ukraynanı dəstəkləyiblər. Yadda saxlamalıyıq ki, NATO müttəfiqləri, həm ABŞ, həm Böyük Britaniya, həm də Kanada və digər ölkələr illərdir Ukrayna ordusuna təlim keçir. Beləliklə, indi cəbhə xəttində olan on minlərlə ukraynalı bir neçə ildir ki, NATO müttəfiqləri tərəfindən təlim keçib. Ukrayna qüvvələri indi əvvəlkindən daha böyükdür, daha yaxşı təchiz olunmuşdur, daha yaxşı təlim keçmişdir və daha yaxşı idarə olunur və bu, əsasən, illər ərzində göstərilən dəstəyə bağlıdır”.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər