Saytımızı qiymətləndirin


 
 

Azərbaycan əleyhinə videolar hazırlayan yutuber ifşa edildi
Tarix: 03-04-2022 | Saat: 15:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan əleyhinə videolar hazırlayan yutuber ifşa edildi

Türkiyəli youtuber Okan Suvari 13 və 26 mart tarixlərində youtube kanalında Azərbaycanla bağlı 2 video paylaşıb. Hər iki videoda yalan məlumatlar verilib, faktlar təhrif olunub, məqsədli nüfuzdansalmaya cəhd edilib.

Qarabaginfo.az xəbər verir ki, Faktyoxla-ya istinadən xəbər verir ki, əslində, videolara diqqət edilərsə, hər iki video youtuberin bu ölkədə olmadan, internetdə əvvəllər yayılmış videolar, seriallardan seçmələr, bəzən isə Azərbaycana aidiyyatı olmayan kadr və fraqmentlər əsasında hazırlandığı sezilir.

Səslənən iddiaların əksəriyyəti köhnə, indi məzmunu tamam dəyişmiş faktlarla müşaiət olunur. Bir neçə məqamda isə müəllifin dedikləri arasında ciddi təzad var.

Misal üçün, öncə Azərbaycanın turizm ölkəsi olduğunu, burada hər şeyin turistlər üçün əlçatan, sərfəli, ürəyəyatan olduğunu desə də, bir məqamda ümumiyyətlə ölkəni turistlər üçün bahalı yer kimi təqdim edib, əks-kampaniya aparır.

Məlumatların əksəriyyəti yanlış və səhvdir. Məsələn, bir məqamda qeyd olunur ki, Azərbaycanda muzeylərə giriş üçün 1000 TL (100 manatdan aşağı) vəsait lazımdır. Əslində bu, bir turist şəhəri üçün normal qiymətdir, amma Bakıda bu qiymətə muzey ziyarəti şişirdilmiş faktdır.

Digər bir fakt: Müəllif qeyd edir ki, “əgər Azərbaycanlılar normal maaş alsaydılar, onlar gəlib Türkiyədə turist kimi gəzə bilərdilər”.

Lakin az sonra elə Türkiyədə də qiymətlərin çox baha olduğunu və işıq-qaz tariflərinin aldıqları maaşla uyğun gəlmədiyini deyir.  

Belə olan halda, Bakıda olmaya-olmaya Azərbaycanla bağlı yalan və saxta məlumatlarla dolu mətnlə müşaiət olunan videolar hazırlayan, bununla da iki qardaş ölkə arasında soyuqluq yaratmaqda istəkli kimi görünən Okan Suvarinin kimliyi diqqətimizi cəlb etdi.

Kimdir bu Okan Suvari?

 

Sosial və ənənəvi mediadan müəyyən etdik ki, Okan Suvari, Türkiyə Cümhuriyyətinin Aydın şəhərində yerləşən, ölkənin məşhur kurort rayonlarından olan Kuşadasında anadan olub. Sosial media hesablarında apardığımız araşdırmalar zaman dəqiqləşdirdik ki, Okan Suvari əslən Qarsın Arpaçay bölgəsinin Polatköy kəndindəndir. Faktyoxla Lab.-ın Türkiyə redaksiyası həmin ərazidə yaşayan, Arpaçayın kəndlərini mükəmməl bilən şəxslərlə əlaqə saxlayıb, onlardan tam səhih məlumatlar alıb. Məlum olub ki, bu ailə, Türkiyədə soyad qanunu çıxandan sonra “Suvari” soyadını qəbul edib. Ailə Arpaçay rayonunun Polatköy kəndinə isə 1925–1930–cu illərdə ermənilər tərəfindən başladılan “Ağrı üsyanından” sonra gəlib yerləşiblər.

Etibarlı mənbə eyni zamanda onu da qeyd edib ki, Ağrı üsyanının təşkilatçılarından olan Zilan bəy (əsl adı Ardeşir Muradyan-red.) Okan Suvarinin ulu babalarındandır. Bundan sonra Suvarilər əvvəl Qarsa, daha sonra isə İstanbula, Egey bölgəsinin müxtəlif şəhərlərinə (İzmir, Aydın  və b.) köçüblər. Araşdırmalarımız zamanı o da məlum oldu ki, Okan Suvarinin əksər qohumları Qars şəhərini ziyarət etdikləri zaman burada yerləşən Tigran Honents erməni məbədini ziyarət edir və həmin məbədin qarşısında çəkdirdikləri fotonu öz sosial media hesablarında paylaşır, profil və örtük-fotosu edirlər.

Bu, Qarsdakı Tigran Honents kilsəsi haqda məlumat 



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər