Qarabaginfo.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Zəngəzurun mərkəzinin Azərbaycana görə köçürülməsinin müzakirə olunduğu deyilir.
“Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir”, – məlumatda bildirilir.
Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır.