Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Qarabaginfo.az xəbər verir ki, 82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu finala yüksəlmək üçün rumıniyalı Mixail Bradu ilə mübarizədən qalib ayırılıb - 3:1.
Onun həlledici görüşdəki rəqibi gürcüstanlı Gela Bolkvadze olacaq.