Saytımızı qiymətləndirin


 
 

Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb
Tarix: 02-04-2022 | Saat: 18:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb

Rusiya hərbi qüvvələrinin çəkilməsindən sonra Çernobıl Atom Elektrik Stansiyasının (AES) üzərində Ukrayna bayrağı qaldırılıb.

Qarabaginfo.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Energoatom” dövlət şirkətinin “Telegram” hesabında yaydığı bəyanatda bildirilib.

“Bu gün, 2 aprel saat 11:00-da Ukrayna himni oxunaraq Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb. Çernobıl AES-in fevralın 24-də işğal başlayandan ağır şərtlər altında qəhrəmancasına çalışan, stansiyada və yaxınlıqdakı müəssisələrdə nüvə və radiasiya təhlükəsizliyini təmin edən bütün heyəti mərasimdə iştirak edib”, - bəyanatda qeyd olunub.

Əlavə olunub ki, AES-i ələ keçirən Rusiya hərbçiləri iki kolon şəklində Ukrayna-Belarus sərhədinə hərəkət ediblər.

Qeyd edək ki, AES və ətrafındakı ərazilər fevralın sonlarında Rusiya qoşunlarının nəzarətinə keçmişdi.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər