Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb
Ana Sayfa > Karusel / Gündəm > Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb

Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb


2-04-2022, 18:07. Yazar: Admin

Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb

Rusiya hərbi qüvvələrinin çəkilməsindən sonra Çernobıl Atom Elektrik Stansiyasının (AES) üzərində Ukrayna bayrağı qaldırılıb.

Qarabaginfo.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Energoatom” dövlət şirkətinin “Telegram” hesabında yaydığı bəyanatda bildirilib.

“Bu gün, 2 aprel saat 11:00-da Ukrayna himni oxunaraq Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb. Çernobıl AES-in fevralın 24-də işğal başlayandan ağır şərtlər altında qəhrəmancasına çalışan, stansiyada və yaxınlıqdakı müəssisələrdə nüvə və radiasiya təhlükəsizliyini təmin edən bütün heyəti mərasimdə iştirak edib”, - bəyanatda qeyd olunub.

Əlavə olunub ki, AES-i ələ keçirən Rusiya hərbçiləri iki kolon şəklində Ukrayna-Belarus sərhədinə hərəkət ediblər.

Qeyd edək ki, AES və ətrafındakı ərazilər fevralın sonlarında Rusiya qoşunlarının nəzarətinə keçmişdi.


Geri dön