Paytaxtda yola yanacaq dağılıb.

Qarabaginfo.az FHN-in saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanacaq daşıyan avtomobildən yolun hərəkət hissəsinə təqribən 250 metr məsafədə yanacaq (dizel) dağılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan DYMX-nın yanğınsöndürmə qüvvələri tərəfindən yol yuyularaq müvafiq təhlükəsizlik tədbiri görülüb.