Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə martın 27-də şəhər sakini S.İbadovun bank hesabından 2010 manatının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.