Saytımızı qiymətləndirin


 
 

Müharibənin 56 günü: Rusiya və Ukraynanın İTKİLƏRİ
Tarix: 20-04-2022 | Saat: 12:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Ukraynada keçirdiyi xüsusi əməliyyatlarda indiyədək 20 900-ə yaxın canlı qüvvəsini itirib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Rusiyanın indiyə qədər 815 tankı, 2087 zirehli döyüş maşını, 391 artilleriya sistemi, 136 reaktiv yaylım atəşi sistemi, 67 havadan müdafiə sistemi, 171 hərbi təyyarəsi, 150 helikopteri, 1504 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 165 dronu, 27 xüsusi avadanlığı məhv edilib”, - məlumatda  deyilir.
 

Bundan əlavə, Rusiya tərəfi də Ukraynanın son sutkada verdiyi itkiləri elan edib. 

 

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, gün ərzində Ukraynanın 1053 hərbi obyektinə zərbə endirilib.

 

“Rusiya Silahlı Qüvvələrinin aviasiyası gecə ərzində Ukraynanın 73 hərbi obyektini, o cümlədən yeddi dayaq məntəqəsini, dörd sursat anbarını və bir Msta-B haubitsasını vurub, Rusiyanın hava hücumundan müdafiə sistemləri Donbasda iki Toçka-U raketini vurub. Bundan başqa, xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 496 pilotsuz uçuş aparatını, 2388 tankını və zirehli texnikasını məhv edib",- deyə rusiyalı general vurğulayıb.

 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşıı hərbi əməliyyatlara başlayıb. Hazırda müharibənin 56-cı günüdür.



Xəbəri paylaş

219 dəfə oxunub.

Digər xəbərlər
31-03-2022, 13:47 Hava proqnozu açıqlandı