Tarix: 30-03-2022 | Saat: 18:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq imkanı ilə bağlı müraciətini nəzərdən keçirəcək, lakin bu məsələdə NATO üzvlərinin alyans çərçivəsində götürdükləri öhdəlikləri öz üzərinə götürməkdən imtina edir.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Baş nazirin müavini Dominik Rab "BBC Radio 4"ün "Today" proqramında Ukrayna ilə bağlı sualları cavablandırarkən deyib.
O, Moskva ilə sülh sazişinin bir hissəsi olaraq Ukrayna özünü bitərəf elan edəcəyi təqdirdə, Böyük Britaniyanın Ukraynanın təhlükəsizliyinin müstəqil təminatçısı kimi çıxış etməsi perspektivi ilə bağlı suallara ehtiyatlı cavab verib.
"Bu konkret nəyin müzakirə olunduğundan asılı olacaq. Çox aydındır ki, biz Rusiyanı birbaşa hərbi qarşıdurmaya cəlb etməyəcəyik. Ukrayna NATO üzvü deyil. Biz Prezidenti Zelenskinin ona ehtiyac duyduğu hər şeyi nəzərdən keçirəcəyik. Amma, NATO üzvlərinə şamil olunan öhdəliklərin birtərəfli qaydada təkrarlamaq niyyətində deyilik".
Digər xəbərlər