Saytımızı qiymətləndirin


 
 

Azərbaycan sərhədini pozmaq istəyən 6 nəfər saxlanıldı
Tarix: 31-05-2022 | Saat: 16:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

May ayının 31-də saat 03:10 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qarabaginfo.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı onların Gürcüstan ərazisində dilənmə məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləş­dirilib.

Ötən müddətdə bu kateqoriyadan olan şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılmış, azyaşlılar aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər.

Dövlət sərhədinin qanunsuz keçilməsinin cinayət tərkibli əməl olması, uşaq əməyinin istismarı və azyaşlıların avaraçılığa cəlb edilməsinə görə hüquqi məsuliyyət daşımaları, eləcə də azyaşlı uşaqların gecə vaxtı, vəhşi heyvanların olduğu ərazilərdən keçirilməsinin onların həyatlarına təhlükə, emosional-psixoloji durumlarına sarsıntı olması barədə valideyn­lərlə dəfələrlə izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu kimi cəhdlərin təkrarən baş verməsi müşahidə olunur.

Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması üzrə tədbirlər davam etdirilir.

 



Xəbəri paylaş

257 dəfə oxunub.

Digər xəbərlər
6-11-2021, 20:10 Partiya sədri SAXLANILDI