Saytımızı qiymətləndirin


 
 

Zelenski Ukrayna ordusunun geri çəkilməsinin səbəblərini açıqlayıb
Tarix: 30-10-2024 | Saat: 17:02
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna prezidenti Vladimir Zelenski

 

Ukrayna cəbhədə yalnız qoşunlardakı çatışmazlıqlar səbəbindən geri çəkilir.

Qarabaginfo.az “strana.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib:

“Mən qoşunların say nisbətində bəzən 8 dəfəyədək fərq olduğu barədə məlumat alıram. O zaman qarşıda iki seçim olur: sağ qalmaq və ya ölmək. Belə olan halda hərbçilərə geri çəkilməli və həyatlarını xilas etməli olduqları barədə göstəriş verirəm”.

O həmçinin ordunun Rusiya ərazisindəki “Kursk” AES-i ələ keçirmək imkanı olduğu halda buna cəhd etmədiyini bəyan edib:

“Biz heç vaxt bunu etmək istəməmişik. Çünki bunu etsəydik, Rusiyaya bənzəyəcəkdik. Məqsədimiz heç də kritik cəhətdən vacib infrastrukturu ələ keçirmək olmayıb”.

Qeyd edək ki, Ukrayna ordusunun Kursk istiqamətində irəliləməsi eyniadlı AES-in 35 kilometrliyində dayandırılıb.



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər