Tarix: 29-03-2022 | Saat: 21:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Rusiya öz qüvvələrini Kiyevin kənarından çıxarmağa başlayıb".
Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN telekanalı bildirib.
Telekanalın məlumatına görə, Rusiya qüvvələri Kiyev kənarından geri çəkilməyə başlayıb, diqqətini Ukraynanın cənubu və şərqində əldə edilmiş mövqelərə cəmləşdirir.
Bununla yanaşı, hərbi əməliyyatların havadan davam etdiriləcəyi bildirilir.
Bundan əvvəl Rusiya KİV-i Moskva tərəfindən müharibənin deeskalasiyası üçün iki addım, o cümlədən Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin əhəmiyyətli dərəcədə azaldılması barədə məlumat yaymışdı.
Qeyd edək ki, martın 29-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların birinci raundu keçirilib. Ukrayna yeni təhlükəsizlik zəmanətləri sistemi haqqında beynəlxalq müqavilə imzalamağı təklif edir.
Digər xəbərlər