Saytımızı qiymətləndirin


 
 

Zurabişvili azərbaycanlı gənclərlə görüşdü - Foto
Tarix: 18-04-2022 | Saat: 16:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Zurabişvili azərbaycanlı gənclərlə görüşdü - Foto

Tiflis şəhərində Ana Dili Günü münasibətilə təşkil edilən tədbirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) bir qrup nümayəndəsi də iştirak edib.

Bu barədə Qarabaginfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Gürcüstanın Prezident Administrasiyasında baş tutan tədbirin gedişində Prezident Salome Zurabişvili GAİM-in icraçı direktoru Orxan Pirverdiyev və müdavimləri ilə də görüşüb. GAİM-in fəaliyyət istiqamətləti barədə Prezident Salome Zurabişviliyə ətraflı məlumat verilib.

Sonra azərbaycanlı gənclər dövlət başçısı ilə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 3 aprel 2019-cu ildən azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda fəaliyyət göstərir.



Xəbəri paylaş

217 dəfə oxunub.

Digər xəbərlər