Saytımızı qiymətləndirin


 
 

Kadırov Rusiya-Ukrayna danışıqlarını faydasız sayır: "Başladığımız işi bitirəcəyik"
Tarix: 29-03-2022 | Saat: 14:40
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Çeçenistanın rəhbəri Ramzan Kadırov hesab edir ki, Rusiya ilə Ukrayna arasında Türkiyədə aparılan danışıqlar real nəticə verməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kadırov özünün Teleqram kanalında bildirib.  

“Rusiya Federasiyası Ukrayna ərazisindəki “banderaçılar”ı və millətçiləri məhv etməli, xüsusi əməliyyatı başa çatdırmalıdır. Hesab edirəm ki, Türkiyədə gedən danışıqların heç bir faydası olmayacaq. İnanıram ki, biz başladığımız işi tamamilə bitirəcəyik: “banderaçılar”,  millətçilər və şeytanları məhv etməliyik. Yalnız bundan sonra nə edəcəyimizə qərar vermək lazımdır”, - deyə Çeçenistan rəhbəri qeyd edib.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu İstanbulda baş tutub, görüş mətbuata bağlı olaraq Dolmabaxça sarayında keçirilir. İkitərəfli müzakirələrdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşüb və çıxış edib.



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər