Saytımızı qiymətləndirin


 
 

Xanım Yadigarlı "Xəzər TV"dən ayrıldı: Yeni iş yerini açıqladı
Tarix: 28-03-2022 | Saat: 17:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Tanınmış teleaparıcı Xanım Yadigarlı "Xəzər TV"dən ayrılıb.
 
Qarabaginfo.az xəbər verir ki, teleaparıcı öz ərizəsi ilə işdən ayrılıb.
 
O fəaliyyətini "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"ndə davam etdirəcək. 
 
Teleaparıcı bu haqda deyib: "11 ilini geridə qoyduğum bir yol başa çatdı. Böyük bir təsadüf televiziyanı həyat tərzimə çevirmişdi. 17 yaşımı ANS-də tamamlamışam. Həyatımda baş verən əksər önəmli günlər, bayramlar, qoşa tarixləri, doğum günləri, pandemiya həyəcanı, 44 günlük Vətən müharibəsini iş başında keçirmişəm. Bu yolda "ANS TV"-də müxbir, prodüsser, aparıcı, baş redaktor, "ANS ÇM"-də dj, "Xəzər FM" və "Araz FM"-də , "Xəzər Xəbər"də xəbər aparıcısı çalışmışam.
 
2020-ci ildə Prezidentdən müsahibə alan jurnalistlər siyahısında olmaq şərəfinə nail olmuşam. Son iş yerim "Xəzər Media Mərkəzi"ndən şəxsi ərizəmlə ayrıldım. Orada çalışan zəhmətsevər, peşəkar, vicdanlı dostlarımın xətri çox əzizdir".
 
O yeni iş yeri haqda da danışıb: 

"Fəaliyyətimi "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"ndə davam etdirəcəm. Bir jurnalist üçün rəsmi qurumdan operativ məlumat əldə etməyin nə demək olduğunu yaxşı bilirəm. Bu işdə sırasına qoşulduğum peşəkar və səmimi komanda ilə DOSTunuz olacağıq. Etimadı doğrultmaq gərək! Yolumuz açıq olsun".


Xəbəri paylaş

229 dəfə oxunub.

Digər xəbərlər