COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıb
Tarix: 21-10-2024 | Saat: 17:00
Bölmə:Karusel / Siyasət | çapa göndər
138 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-10-2024 | Saat: 17:00
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına müxtəlif ölkələrdən qatılacaq nümayəndə heyətlərinin qeydiyyat prosesi uğurla davam edir.
Cari tarixə olan məlumata əsasən, COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 000 nəfəri keçib. Qeyd edək ki, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşaiyət edilir.
COP tədbirlərinə xas olan əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.

Xəbəri paylaş
Digər xəbərlər
15-03-2022, 11:23
Rusiya ordusu Xerson vilayətini ƏLƏ KEÇİRDİ
14-02-2022, 16:56
Rusiya XİN başçısı ilə ATƏT sədri arasında telefon danışığı olub
3-08-2022, 16:41
Prezident XVI Avropa Gənclər Yay Olimpiya Festivalında yüksək nəticə göstərən idmançı və məşqçiləri mükafatlandırıb
12-11-2022, 00:45
Paşinyan Ərdoğanla görüşünü yüksək qiymətləndirib
26-04-2022, 16:02
Britaniyalı parlamentari: “Azərbaycan minatəmizləmə üzrə beynəlxalq mərkəzə çevrilir”
14-03-2021, 19:38
Azərbaycanda son sutkada 603 nəfər COVID-19-a yoluxub, 234 nəfər sağalıb, 6 nəfər vəfat edib
24-02-2024, 13:07
Rusiya Ali Məhkəməsinin sədri vəfat edib
14-06-2022, 21:17
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
10-07-2026, 21:26
Zeynəbin axtarışlarına helikopter cəlb edildi - Video