Saytımızı qiymətləndirin


 
 

Azərbaycan yeni müharibəyə hazırlaşır, Türkiyə isə... - Ermənilər QORXU İÇƏRİSİNDƏ
Tarix: 08-09-2021 | Saat: 20:31
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan yeni müharibəyə hazırlaşır, Türkiyə isə... - Ermənilər QORXU İÇƏRİSİNDƏ“Razminfo” saytının analitiki Sona Xaçatryan bildirib ki, Laçın rayonunda xüsusi təyinatlıların iştirakı ilə başlayan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Qarabağda ilk belə təlimlər olmaqla diqqət çəkir.

Qarabaginfo.az xəbər verir ki, Xaçatryan xüsusilə keçmişdə Ermənistanla Qarabağ arasındakı həyati əlaqə baxımından Laçın rayonunun potensialını bildiklərini qeyd edib:

“İndi sözügedən ərazilərdə ciddi təhlükə yaşanır. Bilirik ki, 9 noyabr tarixli üçtərəfli bəyanat əsasında hələ də Rusiya sülhməramlılarının vasitəçiliyilə Laçın dəhlizi ilə əlaqə davam edir. Ancaq nisbətən təhlükəsiz şəkildə dəhlizin asfalt hissəsi vasitəsilə keçə bilərik”.

S.Xaçatryanın sözlərinə görə, Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsində məqsəd Ermənistanla Qarabağ arasındakı bu kiçik əlaqənin qarşısını almaqdır:

“Azərbaycan və Türkiyə hazırda hava, hava-dəniz və quru hərbi təlimlərini davam etdirir. Xüsusi təyinatlı qruplar mütəmadi olaraq Azərbaycandan Türkiyəyə gedir və gəlir, yəni aralarındakı əməkdaşlıq çox sıxdır. Açıq şəkildə deyə bilərik ki, düşmən nə sülhü dayandırmaq, nə də durmaq niyyətindədir, əksinə, yeni müharibəyə hazırlaşır və Türkiyə ona hər cür dəstək göstərir. Müharibənin nə vaxt olacağını söyləmək çətindir, amma təhlükə hər zaman var”.

Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq çərçivəsində sentyabrın 6-da Laçında Türkiyə-Azərbaycan hərbi təlimləri başlayıb. Birgə təlimlər sentyabrın 10-dək davam edəcək. (Publika.az)



Xəbəri paylaş

1298 dəfə oxunub.

Digər xəbərlər
19-03-2022, 20:16 Tayvanda zəlzələ olub