Saytımızı qiymətləndirin


 
 

“Cahan Holdinq”ə məxsus ticarət mərkəzi bağlandı - Fotolar
Tarix: 06-04-2023 | Saat: 12:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Cahan Holdinq”ə məxsus ticarət mərkəzi bağlandı - Fotolar

Naxçıvanda “Cahan Holdinq”ə məxsus olan “Banu” və “Minbir Home” ticarət mərkəzləri bağlanıb.

TNS xəbər verir ki, yaxın günlərdə həmin binada “Bolmart” supermarketi fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra ölkəmizdə fəaliyyət göstərən şirkətlər, ticarət mərkəzləri, müxtəlif brendlər Naxçıvanda öz filiallarını, müəssisələrini yaradırlar.  

Uzun illər Naxçıvanı qapalı formada idarə Vasif Talıbov Bakıda fəaliyyət göstərən heç bir iş adamını muxtar respublikaya buraxmamış, ölkəmizin iri şirkətlərinin bölgədə müəssisələrinin yaradılmasına imkan verməmşdi. Naxçıvanda yalnız Vasif Talıbovun övladlarının, onlara yaxınlığı ilə seçilən iş adamlarının ticarət mərkəzləri fəaliyyət göstərirdi.(Yenisabah)

 



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər