Saytımızı qiymətləndirin


 
 

Sabahın hava PROQNOZU
Tarix: 01-02-2022 | Saat: 13:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda və Abşeron yarımadasında fevralın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətinidən Qarabaqinfo.az-ın verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacaq.

 

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 2-7° isti olacaq



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər