Rumıniyanın Qara dəniz akvatoriyasında mina aşkarlanıb.

Qarabaginfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, minanı sahildən 70 km məsafədə balıqçılar aşkarlayaraq hərbi dəniz qüvvələrinə bildiriblər. Partlayıcı qurğu zərərsizləşdirilib.

Xatırladaq ki, daha öncə Türkiyədə - İstanbul boğazı və Qara dəniz sahilində mina müəyyən edilərək zərərsizləşdirilib.