Saytımızı qiymətləndirin


 
 

Ermənistan Arazdəyəndəki zavodu köçürür - Qərar verildi
Tarix: 14-12-2023 | Saat: 14:43
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Arazdəyəndəki zavodu köçürür - Qərar verildi

 

Ermənistanın Azərbaycan Naxçıvan MR Sədərək rayonu ilə sərhədi yaxınlığında yerləşən Arazdəyəndəki Yerasx metallurgiya zavodu köçürüləcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti müvafiq qərar qəbul edib.

 

Sözügedən qərara əsasən, Yerasx metallurgiya zavodu Ermənistanın Ararat vilayətindəki Ararat kəndinə köçürüləcək.

 

Qeyd edək ki, Azərbaycan tərəfi sərhəddəki zavodun ekoloji problemlər yaratması ilə bağlı narazılığını bildirmişdi.

 

Amerika sərmayəsi ilə inşa olunan zavodun Arazdəyəndə tikilməsi Azərbaycanın etirazı ilə qarşılanmışdı Rəsmi Bakı dəfələrlə Ermənistandan tikintini dayandırmağı tələb etmişdi. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyi idi. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi. 


Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.
 

Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər