Saytımızı qiymətləndirin


 
 

Məşhur ifaçıdan izləyicilərinə mesaj - “Həyata gülümsə”
Tarix: 14-10-2022 | Saat: 12:49
Bölmə:Mədəniyyət | çapa göndər


Oktyabrın 14-də məşhur kamança ifaçısı Anar Yusub yeni klipini təqdim edəcək.


Qarabaginfo.azxəbər verir ki, “Həyata gülümsə” (“Smile at life”) adlı musiqimüəllifi Anar Yusub və Tərlan Məmmədhüseynov, aranjiman isə Elnur rdy aiddir.
Paytaxtın müxtəlif məkanlarında çəkilən ekran əsərinin rejissoru ifaçı Anar Yusub, operator Şahmar Səfəroğlu, montaj Əlizahab Quliyevdir.
Anar Yusub saytımıza açıqlamasında bildirib ki, hər bir insanın həyatında bir çox problemləri olur: “Kimisi ailə, iş, kimisi isə səhhəti ilə bağlı çətin məqamlar, anlar yaşayır. Bütün bunlara baxmayaraq, həyatı, yaşamağı, insanları sevək və bacardığımız qədər bu cür durumlarda gülümsəməyi öyrənək”.
İzləyicilərə “yaşanan hər şeyə rəğmən həyatı sev və gülümsəməyi unutma” mesajını verən ekran əsərinin böyük marağa səbəb olacağı gözlənilir.






Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər
10-08-2022, 12:46 Sabahın hava proqnozu