Saytımızı qiymətləndirin


 
 

Komissiya: Söyüdlüdə sianidin idarəedilməsi planının yenilənməsi tövsiyə edilir
Tarix: 26-09-2023 | Saat: 15:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Komissiya: Söyüdlüdə sianidin idarəedilməsi planının yenilənməsi tövsiyə edilir

"Micon” International Co Limited Şirkətinin 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı mövcuddur, lakin planın yenilənməsi tövsiyə edilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın bu gün keçirilən iclasında qeyd edilib.

Bildirilib ki, əsas emal müəssisələrində qurğu və avadanlıqların köhnə olduğundan, mədən sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün istismar, ekoloji, sosial və təhlükəsizlik istiqamətlərində investisiya yatırımı tələb olunur.

Eyni zamanda ərazidə monitorinqlərin aparıldığı, qeydə alınan risklərin araşdırıldığı və əhalini narahat edən məsələlərlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” qarşısında insan sağlamlığına, texnogen təhlükəsizliyə, istehsalatın modernləşdirilməsinə aid bir sıra tələblərin qoyulduğu və tövsiyələrin verildiyi qeyd olunub.

“Azərbaycan Beynəlxalq Mədən Şirkəti” ərazidə monitorinq keçirən “Micon” International Co Limited Şirkətinin təhlil və tövsiyə xarakterli hesabatı ilə tanış olub və hesabatda göstərilənlərlə razılaşaraq qeyd olunan tövsiyə və tapşırıqların icrası ilə bağlı müvafiq icra qrafiklərinin qısa müddət ərzində hazırlanmasını və təqdim olunmasını öz üzərinə götürüb.



Xəbəri paylaş

1160 dəfə oxunub.

Digər xəbərlər