Saytımızı qiymətləndirin


 
 

Türkiyə-Ermənistan sərhədi yaxın vaxtlarda açılmayacaq - RƏSMİ
Tarix: 05-05-2026 | Saat: 16:52
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə-Ermənistan sərhədi yaxın vaxtlarda açılmayacaq - RƏSMİ

 

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç sərhədlərin açılması ilə bağlı məsələyə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Serdar Kılıç  "Sputnik Armenia"nın sualına cavab olaraq bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı konkret müzakirələr hələ aparılmayıb.

S. Kılıç vurğulayıb ki, sərhəd yalnız müəyyən formal mərhələlər başa çatdıqdan, kommunikasiya məsələləri həll edildikdən və digər texniki-bürokratik prosedurlar tamamlandıqdan sonra açılacaq.

Diplomat əlavə edib ki, Türkiyə bu istiqamətdə siyasi iradəsini hələ 2022-ci ildə ortaya qoyub, lakin sərhədin nə vaxt açılacağını dəqiq demək mümkün deyil. O həmçinin bildirib ki, hazırda bununla bağlı konkret vaxt proqnozu vermək çətindir.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər