Tarix: 15-02-2020 | Saat: 14:30
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün Mərkəzi Seçki Komissiyasında parlament seçkiləri keçirilən bir neçə dairə üzrə nəticələrdən edilən şikayətlərə baxılıb.
"Qarabaginfo"nun verdiyi xəbərə görə, iclasda MSK sədri Məzahir Pənahov bildirib ki, binanın qarşısında etiraz edən namizədlərlə bağlı məsələyə aydınlıq gətirmək lazımdır:
“Geniş ictimaiyyət bilməlidir ki, MSK-ya daxil olan bütün şikayətlərə baxılır. Lakin burada müvafiq qaydalar nəzərə alınmaqla həyata keçirilir”.
MSK nümayəndəsi bildirib ki, həmin şikayət Məntəqə Seçki Komissiyası haqda olduğu üçün Dairə Seçki Komissiyasında baxılır. Əgər şəxs bu qərardan narazı qalarsa, MSK-ya şikayət edə bilər. Namizədin şikayətinə hazırda DSK-da baxılır.
Orada qərar verildikdən sonra narazı qalarsa, MSK-ya şikayət edilər. Namizədlər bugünki iclasa buraxılmamasından narazılıq edir. Lakin bu iclasda onun şikayətinə baxılmır. Həmin namizədlər Səməd Rəhimli və digər şəxslər idi.
Qeyd edək ki, B.Hacıyev şikayətinə bugünkü iclasda baxılmamasına etiraz olaraq MSK-nın qapısının önündə dayanaraq jurnalistləri içəri buraxmamağa cəhd edib.
Digər xəbərlər