Saytımızı qiymətləndirin


 
 

Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkar edildi - Fotolar
Tarix: 02-02-2022 | Saat: 16:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkar edildi

 

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları qanunsuz yolla ölkəyə gətirilməsinə cəhd göstərilən müxtəlif məhsullar aşkar ediblər.

Qarabaginfo.az xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük-nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı, nəqliyyat vasitəsinin arxa yük yerindəki çənin içərisində sellofan torbaların və karton qutuların olduğu müəyyən edilib.

Yoxlama zamanı 74 500 ədəd inyeksiya vasitəsinin ucluqları, 49 600 ədəd müxtəlif markalı siqaretlər, 3980 qutu elektron siqaret, üzərində “Azərbaycan Respublikası, alkoqollu içkilər, idxal” yazıları olan 20 000 ədəd aksiz markaları, 24 ədəd müxtəlif markalı mobil telefonlar və 17 ədəd qidalandırıcı cihaz, 6 ədəd smart saat, 55 ədəd kabelsiz əlaqə vasitəsi(ratsiya) və qidalandırıcı cihaz aşkarlanıb.



Xəbəri paylaş

223 dəfə oxunub.

Digər xəbərlər