Tarix: 27-03-2022 | Saat: 13:47
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kiyevdə martın 28-dən etibarən məktəblərdə və ali təhsil müəssisələrində tədris prosesi distant rejimdə bərpa olunur.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Administrasiyanın sədr müavini Valentin Mondrievskinin sözlərinə görə, bazar ertəsindən etibarən paytaxtda ümumi orta, peşə, peşə-ixtisas ali və ali təhsil müəssisələri onlayn formatda tədrisi bərpa edəcək.
"Kiyevin karantin məhdudiyyətləri dövründən bu cür təlimlərin keçirilməsi təcrübəsi var. Bir gün əvvəl pedaqoji qruplar artıq uşaqlarla təhsil, psixoloji və inkişaf konsultasiyalarına başlayıblar...", - Mondrievski əlavə edib.
Martın 9-da Təhsil Nazirliyi fəal hərbi əməliyyatların olmadığı və internetin sabit olduğu regionlarda distant təhsilə başlamağı tövsiyə etdiyini açıqlayıb.
Digər xəbərlər