Saytımızı qiymətləndirin


 
 

Məktəblərdə maska taxmaq ləğv olunur? - Nazir açıqladı
Tarix: 13-04-2022 | Saat: 11:47
Bölmə:Karusel / Təhsil | çapa göndər

 Məktəblərdə maska taxmaq ləğv olunur? - Nazir açıqladı

 


Təhsil Nazirliyi koronavirusla əlaqəli məktəblərdəki mövcud vəziyyəti açıqlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələri əyani tədrisdədir.

Onun sözlərinə görə, müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur:

"Nəzərə alsaq ki, gün ərzində ölkə üzrə yoluxma sayları yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı ola bilər. Hesab edirəm ki, mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır".

Nazir xatırladıb ki, ali təhsil müəssisələrində hazırda bəzi istisnalarla tədris ehtiyatlı şəkildə həyata keçirilir:

"Lakin ümumilikdə məktəb və bağçalarda pandemiya şərtləri Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son qaydalarına əsasən təşkil edilir. Hələ də müəllimlərin maska taxması və digər tələblər qüvvədədir. Təbii ki, indiki vəziyyət əvvəlki dövrdən dəfələrlə yaxşıdır. Bu da təhsil işçilərinin vaksinasiya prosesində fəal iştirak etməsi ilə əlaqəlidir. Təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub. Əvvəldən də vəd etdiyimiz kimi vaksinasiya göstəricisinin yüksək olmasından irəli gələrək üzbəüz təhsildə davamlılıq əldə etmişik. Artıq tədris ilinin sonuna da yaxınlaşırıq. Ötən müddət ərzində də heç bir ciddi qapanmalara gedilmədi". 



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər