Saytımızı qiymətləndirin


 
 

Çin uzaqdan zondlama peyklərini orbitə çıxarıb
Tarix: 29-07-2022 | Saat: 22:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çin'de üç uydu daha fırlatıldı - Ekonomi Manşet

Çin uzaqdan zondlama peyklərini orbitə çıxarıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şanxay Kosmik Texnologiyalar Akademiyası (SAST) məlumat yayıb.

“Yaogan-35-03” uzaqdan zondlama peykləri Çinin Qaensu ştatındakı Ciuçüen kosmodromundan buraxılıb.

Orbitə buraxılan peyklərdən ilk növbədə elmi təcrübələr, resursların kəşfiyyatı, kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının qiymətləndirilməsi, təbii fəlakətlərin və onların nəticələrinin qarşısının alınması, eləcə də digər sahələrdə istifadə olunacaq.

İki mərhələli "Long March 2D" daşıyıcı aparatı Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən peykləri Yerin aşağı orbitinə çıxarmaq üçün hazırlanıb. Tərtibatçıların fikrincə, o, həmçinin təxminən 645 km yüksəklikdə günəşlə sinxron orbitə 1 300 kq-a qədər faydalı yük çıxarmağa qadirdir.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər