Sumqayıt bulvarında bıçaqlanma
Tarix: 30-09-2021 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
435 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-09-2021 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
23-09-2022, 19:50
Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə etdiyini AÇIQLADI
9-10-2021, 12:12
Elgiz onu təhqir edənləri polisə verdi
16-05-2024, 08:09
Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib
20-09-2022, 15:11
İlham Əliyev Zabux və Sus kəndləri ilə bağlı sərəncam imzaladı
13-02-2022, 15:04
Cavanşir Feyziyev xüsusi ittiham qaydasında məhkəməyə verildi
15-01-2024, 11:00
Bu yollar buz bağlayıb - Siyahı
12-04-2024, 13:02
Avropa Komissiyası Gürcüstanı xarici agentlərlə bağlı qanun layihəsini parlamentin müzakirəsindən geri götürməyə çağırıb














