Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan72 saatlıq hərbi əməliyyata hazır olmalıdır”
Tarix: 26-03-2022 | Saat: 21:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azərbaycan72 saatlıq hərbi əməliyyata hazır olmalıdır” - Açıqlama

Qeyd edək ki, son günlər Ermənistan mətbuatı bu ölkənin Xarici İşlər və Müdafiə nazirliklərinə istinadla əsassız məlumatlar yayır. İddia olunur ki, Azərbaycan Ordusu Qarabağda guya yaşayış məntəqələrinə hücumlar edir. Qarabağda yaşayan separatçı ermənilər də vəziyyətin gərgin olduğunu bildirirlər. Hətta qeyri-rəsmi məlumatlara görə, erməni separatçıları rəsmi Bakının hərbi-diplomatik addımlarından ciddi narahat olublar. Azərbaycan Müdafiə Nazirliyi isə erməni mənbələrinin yaydığı məlumatları qətiyyətlə rədd edir və bunu Ermənistanın növbəti informasiya təxribatı kimi qiymətləndirir.

“Azərbaycan Silahlı Qüvvələri doğru olaraq və yaranan şəraiti də nəzərə alaraq 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşamının dördüncü maddəsinin yerinə yetirilməsini tələb edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin nümayəndə heyətinin Bakıya səfər etməsi, aparılan danışıqlar, Azərbaycan Silahlı Qüvvələrinin adekvat addımlar atması əslində Azərbayanın yuxarıda qeyd olunan niyyətindən xəbər verir.

S. Əkbər bildirib ki, rəsmi Bakının bu addımlarını dəstəkləyir:

“Azərbaycan dünyada, regionda baş verənləri, o cümlədən Ukrayna-Rusiya proseslərini yaxından izləməlidir. Eləcə də öz ərazisində nəzarətindən kənar bölgələrdə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün 48 saatlıq, maksimum 72 saatlıq hərbi əməliyyata hazır olmalıdır. Hesab edirəm ki, belə bir reallıq yarana bilər”.

“Azərbaycan72 saatlıq hərbi əməliyyata hazır olmalıdır” - Açıqlama


Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər