Saytımızı qiymətləndirin


 
 

“Bu işin başını buraxın, özünüzü də buraxın, siyasətdən gedin” - Deputatdan sərt açıqlama
Tarix: 26-03-2022 | Saat: 20:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bu işin başını buraxın, özünüzü də buraxın, siyasətdən gedin” - Deputatdan sərt açıqlama

"Əli Kərimlinin baş strateqi Fuad Qəhrəmanlı Qarabağda baş verən son hərbi əməliyyatlarla bağlı yazır ki, bir-iki kəndi, təpəni geri alıb, dünyanı üstümüzə qaldırmayaq. Sual verir ki, bir neçə kəndə görə bu vəziyyətə düşməyə dəyərmi? Fuad Qəhrəmanlı, nəinki bir kənd, bu torpağın hər qarışı bizim üçün müqəddəsdir, hər qarışı üçün həmişə mübarizə aparacağıq. Zamanında deyirdik ki, Şuşada Azərbaycan bayrağı dalğalancaq, inanmaq istəmirdiniz. İndi isə deyirik ki, zamanı gələcək Qarabağın hər bölgəsində Azərbaycan bayrağı dalğalanacaq".

 

Qarabaginfo.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov bildirib.

"Bu məntiqlə gərək 44 günlük müharibə 2-ci günündə bitəydi. Paşinyanın zəng elətdirmədiyi dünya lideri qalmamışdı. Heç bir təzyiq isə bizi yolumuzdan döndürə bilmədi. Sonra yazır ki, Azərbaycanın Qarabağdakı addımları Rusiyadan xəbərsiz aparılırsa, nəyə görə bu prosesin xarici siyasətdə hazırlığı aparılmır. Cavabını verim. Bu hücum diplomatiyasıdır. Digər tərəfdən də kim nə bəyanat verirsə, cavabları verilir və veriləcək də! İkincisi də, hansı hazırlığı aparsan da, ABŞ da, Fransa da nəzarətə keçən hər qarış torpaq üçün bəyanat verəcək. Misal üçün, sabah Qarabağın hər yerinə yağış yağsa, Xankəndiyə yağmasa, Fransa yenə bəyanat verəcək ki, erməniləri yağışsız qoydunuz. Yekunda isə qeyd edir ki, bu həssas məqamda sakit duraq. F.Qəhrəmanlı dərk etmir ki, elə həssas məqamlar yeni imkanlar deməkdir. Ali Baş Komandan da nəyi nə vaxt etmək lazımdır bilir və edir də! Ona görə də bundan əvvəl bildirmişdim, indi də deyirəm, bu işin başını buraxın, özünüzü də buraxın, siyasətdən gedin" - K.Cəfərov qeyd edib.



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır