Saytımızı qiymətləndirin


 
 

“Bizi nüvə silahı ilə hədələyirlər” – Ukrayna lideri
Tarix: 26-03-2022 | Saat: 17:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Nüvə silahından istifadə bütün dünya üçün təhlükəlidir". 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski onlayn formada qatıldığı Doha Forumunda deyib.

O bildirib ki, Rusiyanın Ukraynadakı müharibədən sonra dayanacağı sual altındadır:

"Rusiyanın müstəmləkəçilik tələbləri heç vaxt bitməyib. Rusiya sülh olmayan dövrlərin geri qayıtmasını istəyir. Siz öz xalqınız arasında ədalətin olmasına çalışırsınız, lakin biz isə 31 gündür ədalət axtarırıq. Mən Birləşmiş Millətlər Təşkilatının köməyini yüksək qiymətləndirirəm, lakin bu, ədaləti təmin etməyə yetmir. Rusiyanın Ukraynaya qarşı etdiyi ədalətsizlikdir. Nüvə silahı ilə qorxudur və hədələyirlər. Onlar təkcə bir xalqı deyil, bütün dünyanı nüvə silahı ilə hədələyirlər. İndi dünyada nüvə və ya kimyəvi silahlardan istifadə edilərsə, nə etmək olar, bu məsələlər müzakirə olunur".



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər