Saytımızı qiymətləndirin


 
 

"Əlimdəki sənədləri yayacam" -  Mübariz Mənsimovdan SƏRT AÇIQLAMA
Tarix: 12-02-2020 | Saat: 20:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Hər zaman demişəm ki, Allah kiməsə ağıl vermirsə, o insanı ruhən də çirkin yaradır. O insan da ömrü boyu öz səhvlərini başqasına aid edər. Bu gün baş verənlər buna əyani sübutdur”.

 

Qarabaginfo-un xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

 

“Bəziləri mənə oxşamağa çalışdı, amma alınmadı. Sizin yolunuz oğurluq, xalqın cibinə girməkdir. Siz səhvən seçilib, vəzifəyə təyin olunanlarsınız. Amma bir gün verdiklərini sizdən geri alacaqlar. Bəlkə bunu mən görmərəm, amma xalq mütləq görəcək. Əslində sizə əsəbləşmirəm, özümə əsəbləşirəm ki, niyə sizi özümə yaxın buraxdım. Sizə inandım, amma sizin əsl simanızı açıb göstərəndə düşmən oldunuz. Mənə ilk savaşı siz açdınız. Artıq mən də lazım olanı edəcəm. Əlimdəki sənədləri yaymağa başlayacam. İllərdir xalqdan nə oğurlamısız, bank hesablarınızda nə qədər pul var və FETÖ-yə nə qədər pul sərf etmisiniz hamısını yayacağam. Mən nəsə etmək istəsəm, mütləq edərəm, bunu siz çox yaxşı bilirsiniz. Hər kəs Türkiyəyə sərmayə yatırmaqdan çəkinəndə sərmayemi bu ölkəyə yatırdım. Çünki mənim Türkiyəyə və onun məhkəməsinə hörmətim sonsuzdur. Axıra kimi sizinlə mübarizə aparacam. Hər şey hüquqi müstəvidə həll ediləcək” – M.Mənsimov qeyd edib. 

Pravda.az

 



Xəbəri paylaş

445 dəfə oxunub.

Digər xəbərlər