Saytımızı qiymətləndirin


 
 

Rusiya nüvə silahından istifadə edərsə... Ağ Evin gizli qrupu hesabat hazırlayıb
Tarix: 24-03-2022 | Saat: 13:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya nüvə silahından istifadə edərsə... Ağ Evin gizli qrupu hesabat hazırlayıb

Ağ Ev Moskvanın nüvə silahından istifadə edəcəyi halda Vaşinqton və onun müttəfiqlərinin cavab ssenariləri hazırlamaq üçün rəsmilərdən ibarət komanda formalaşdırıb.

 

Qarabaginfo.az “The New York Times”a istinadla xəbər verir ki, bunu ABŞ nəşrinə rəsmi mənbələr açıqlayıb.

Eyni zamanda, rəsmilər hadisələrin bu sayaq inkişafı ehtimalını kiçik hesab edirlər.

Onların sözlərinə görə, “Pələng” qrupu Rusiyanın NATO ölkələri ərazisində Ukraynaya göndərilən silah və yardım konvoylarına hipotetik hücumuna cavabları öyrənir.

Rəsmilər, həmçinin, Vaşinqtonun hərbi əməliyyatların qonşu ölkələrə, o cümlədən Moldova və Gürcüstana “yayılmasına” necə reaksiya verməli olduğunu və Avropa ölkələrini ukraynalı qaçqınların axınına necə hazırlamalı olduğunu müəyyən etməyə çalışır.

"Pələng"in yaradılması ilə bağlı sənədi Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından 4 gün sonra prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan imzalayıb. Qrup  artıq Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi, NATO ölkələrində qoşunların sayının artırılması və Ukrayna qoşunlarının silahlandırılması üçün təlimatların hazırlanmasında mərkəzi rol oynayıb. 



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər
19-07-2023, 16:19 Azyaşlı hovuzda boğulub