Saytımızı qiymətləndirin


 
 

Blinken: "ABŞ Rusiyanın Ukraynada müharibə cinayətləri törətməsini qiymətləndirir"
Tarix: 23-03-2022 | Saat: 22:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Entoni Blinken

Bu gün mən hazırda olan informasiyaya əsaslanaraq bəyan edə bilirəm ki, ABŞ hökuməti Rusiya Silahlı Qüvvələrinin üzvlərinin Ukraynada müharibə cinayətləri törətməsini qiymətləndirir.

Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyanatla çıxış edib.

 

"Bizim dəyərləndirməmiz ictimaiyyətdən və kəşfiyyat mənbələrindən əldə edilən informasiyanın diqqətlə nəzərdən keçirilməsinə əsaslanır”, - Blinken bildirib.

Blinken əlavə edib ki, ABŞ hökuməti müharibə cinayətləri barədə məlumatları izləməyə davam edəcək və müttəfiqlər, tərəfdaşlar, beynəlxalq institutlar və təşkilarlarla birlikdə topladığı müvafiq məlumatları paylaşacaq: “Biz cinayət təqibləri də daxil olmaqla, mövcud hər bir vasitədən istifadə edərək, (törədilən müharibə cinayətlərinə1 görə - red) cavabdehlik əldə etməyə sadiqik”.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər
15-02-2020, 14:08 İclas başladı.